“Bölgəmizin mədəni irsi” adlı layihə çərçivəsində bu gün sizlərə Qıraq Kəsəmən qəbiristanlığında yerləşən türbə haqqında məlumat verəcəyik.

Üslub baxımından digərlərini təkrarlamır. Tikili qalığının diametri 10 m, tərəflərinin hər birinin eni 5 m-dir. Bişmiş daşlardan hörülmüş binanın özülündə arabir çay daşlarına da rast gəlmək olur. Divarının eni 0,80 m, salamat qalmış bəzi yerlərində isə 0,60 m-dir. Türbə yerinin ortasında dağılmış vəziyyətdə 0,55×0,35 m ölçülü məzar daşı vardır və onun kitabəsi tamamilə oxunmaz hala düşmüşdür. Bu türbə digər bölgələrdə yerləşən türbələrdən içərisində baş daşlarının olması ilə seçilir.

Spread the love