Yay məktəbi davam edir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi” adlı layihədə arxeoloji tədqiqatlar və qazıntılar davam etməkdədir.

Layihə iştirakçıları qazıntılarda yaxından iştirak edir, həmçinin onları maraqlandıran sualları AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, tarixçi-arxeoloq Pərviz Qasımov cavablandırır.