"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğuna mobil şəbəkə ötürücülərinin qurulması planlaşdırılır

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, Böyük-Kəsik kəndindən 28 km şimal-şərq istiqamətində, Ceyrançöl adlanan ərazidə, Qatardağ silsiləsində, Candargöldən 15 km şimal-şərq istiqamətindən başlayaraq dağların cənub və cənub-şərq tərəfindəki sıldırım qayalıqlarda yerləşir.
Bu səbəbdən qoruq ərazisində heç bir mobil operator işləmir. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun Azercell və Bakcell şirkətlərinə dəfələrlə müraciətinin nəticəsi olaraq onların nümayəndələri əraziyə ezam olunmuşlar. Qoruq ərazisinə baxış keçirilmiş və yaxın günlərdə burada mobil şəbəkə ötürücülərinin qurulması planlaşdırılır.

Spread the love