Keşikçidağda “Badam bağı”nın salınması adlı layihə

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə əsasən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.
Belə ki, “Nizami Gəncəvi İli” əsasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda ərazinin landşaftına uyğun olaraq “Badam bağı”nın salınması adlı layihə keçirilmişdir. Buna müvafiq olaraq qoruğa məxsus konteyner tipli inzibati binanın ətrafında qoruq əməkdaşları tərəfindən 880 ədəd badam ağacının tingi əkilmişdir. Onuda qeyd edək ki, “Badam bağı”nın salınması qoruq əməkdaşları tərəfindən pandemiya şərtlərinə uyğun həyata keçirilmişdir.

Spread the love