Nizami Gəncəvinin 880 illik yubileyi

20 mart 2021-ci il tarixində Gəncə Dövlət tarix-mədəniyyət qoruğunun Nizami məqbərəsi filialı ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı əsasında dahi şairimiz Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Şərqin sönməz poeziya günəşi” adlı vebinar keçirilmişdir. Vebinarda hər iki qoruğun əməkdaşları böyük mütəfəkkir Nizami haqqında hazırladıqları məruzələri təqdim etmişlər. 1 saatdan çox davam edən vebinara digər qoruqların əməkdaşları da qonaq qismində qatılmışdır.