Qoruğumuzun faunasından... Çöl gürzəsi

Keşikçidağın faunasında rast gəlinən ilan növləri içərisində çöl gürzəsi üstünlük təşkil edir. Çöl gürzəsi çöl, meşə-çöl və yarımsəhra zonalarında geniş yayılmışdır. Ölkəmizin ərazisində yaşayan gürzələr aprel ayının əvvəlindən oktyabr ayına qədər fəal olurlar. Gürzələrin zəhərindən tibbdə bir sıra qiymətli dərmanlar əldə etmək üçün istifadə olunur. Siçan gəmiricilərini və çəyirtkələri məhv edən çöl gürzəsi kənd təsərrüfatına böyük fayda verir.

Spread the love