Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsi 2020-ci ilin dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad ediləcəkdir.

Qeyd edək ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhid olub, 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə kimliyinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz itkin hesab olunur, 1245 nəfər hərbi qulluqçumuzun isə tibb müəssisələrində müalicəsi davam etdirilir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Spread the love