Qoruğumuzun nadir inсilərindən...

Bu maddi-mədəniyyət nümunələri Keşikçidağ mağaralar kompleksindən 10 km cənubda yerləşən Kurqanlar vadisinin ərazisindən tapılmışdır. Son tunc – erkən dəmir dövrünə, e.ə II minilliyin sonu I minilliyin əvvəllərinə aid edilirlər. Bəşər sivilizasiyasının ən qədim dövrü daş dövrüdür. Bu dövrdə ilk insanlar yaranmış, od əldə etmiş və daşdan ilk kortəbii alətlər hazırlamışlar. Zaman keçdikcə insanların əmək alətləri də mürəkkəbləşmişdir. İbtidai icma quruluşunun sonuncu mərhələsi hesab edilən son tunc – erkən dəmir dövründə əkinçilik, maldarlıq və sənətkarlıq ayrı – ayrılıqda inkişaf etməyə, tuncdan və dəmirdən alətlər hazırlanmağa başladı. Dəmirdən istifadə bəşər tarixində inqilabi rol oynadı. Kurqanlar vadisindən tapılmış bu alətlər də dəmirdən və tuncdan hazırlanmış, ibtidai insanların ovçuluqda geniş istifadə etdikləri kəsici – deşici alətlərdir. 1.Kəsici alət; 2.Ox ucluğu; 3. Nizə ucluğu.