AzTV və Mədəniyyət TV-nin əməkdaşları, “Vətənimiz Azərbaycan” verilişinin komandası “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində olmuşlar.

14.08.2020-ci il tarixində AzTV və Mədəniyyət TV-nin əməkdaşları, “Vətənimiz Azərbaycan” verilişinin komandası “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində olmuşlar. Əsas məqsədi ölkəmizin tarix və coğrafiyasını tamaşaçılara tanıtmaq olan verilişin heyəti qoruq ərazisində yerləşən Ölkə Prezidentinin şərəfinə adlandırılmış “İlham Əliyev adına zirvə” ətrafında yerləşən mağaralarda, mağaraların divar və tavanlarında çəkilmiş rəsm əsərləri-freskalar,ehtiyat ərzaq anbarları, su quyularında çəkiliş aparmışlar. Eyni zamanda fəxri mədəniyyət işçisi, aşıq Hüseyn Əzizoğlu mağaralar kompleksinin ərazisində qoruğa həsr etdiyi şeirini sazın müşayiəti ilə səsləndirmişdir. Veriliş yaxın günlərdə həm AzTV, həm də Mədəniyyət TV-nin efirində yayımlanacaq.

 

Spread the love