Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin əməkdaşları ilə birgə inzibati binada görüş.

15 Fevral “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin əməkdaşları ilə birgə görüş keçirilmişdir. Görüş çərçivəsində İpək yolu ətrafı bölgələrdə Ağstafa-Qazax ərazisində yerləşən tarixi abidələrə turistlərin cəlb olunması üçün qarşılıqlı memorandum imzalanması ilə əlaqədar ilkin razılaşmalar əldə edilmişdir. Sonda dəyirmi masa ətrafında fikir mübadiləsi aparılmış və xatirə şəkili çəkilmişdir.