Turizm təlimində Keşikçidağ da iştirak edirdi.

30 may Ağstafa şəhər Heydər Əliyev Mərkəzində KODA İcma Təhsil Mərkəzi (Gürcüstan) və “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin birgə həyata keçirdikləri “İnkişaf və Əməkdaşlıq üçün Vətəndaş Cəmiyyəti: Azərbaycan və Gürcüstan sərhəd bölgələrində turizm potensialının artırılması” layihəsi çərçivəsində təlim keçirilmişdir. Layihənin əsas məqsədi kimi bölgədə turizmin inkişafı üçün mövcud problemlərin müəyyən edilməsi və onların həlli yolları, Ağstafada turizm infrastrukturundan səmərəli istifadə olunması istiqamətləri, ehtiyatların təsnifləndirilməsi və qiymətləndirilməsi, regionlarda turizm-ekskursiya marşrutlarının tərtib və tətbiq edilməsi, regionlarda turizmin inkişafına nail olmaq üçün innovativ yanaşmanın və reklam-informasiya təminatının həyata keçirilməsi müzakirə edildi. Təlimdə “Keşikçidağ” Dövlət tarix- mədəniyyət qoruğunun turizmin inkişafında potensialı, mövcud problemlərin müəyyən edilməsi və onların həlli yolları müzakirə olundu.Qoruq əməkdaşları tərəfindən tədbir iştirakçılarına “Qədim Yurdun Daş Kitabəsi” adlı filmin diski, buklet, flayer və diyircəkli qələmlər təqdim edilmişdir.

Spread the love