Novruz bayramı

19.03.2018. Novruz bayramı münasibətilə Ağstafa rayon Musiqi mərkəzində təşkil edilmiş ümumrayon şənliyində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu da pavilyon quraraq, qoruğa aid maddi-mədəniyyət nümunələri və Novruz atributları nümayiş etdirilmişdir. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi xalqımızı Novruz bayramı münasibətilə təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, can sağlığı və səadət arzulayır.