“Keşikçidağ fotoqrafların obyektivində” adlı foto müsabiqə çərçivəsində iştirakçıların qoruq ərazisinə ekskursiya və yürüşləri.

20.11.2017-ci il tarixində “Keşikçidağ fotoqrafların obyektivində” adlı foto müsabiqə çərçivəsində iştirakçıların qoruq ərazisinə ekskursiya və yürüşləri təşkil olundu. Bu müsabiqənin təşkilində əsas məqsəd tarixi abidələrin tanıdılması və təbliğ olunmasıdır. İlk öncə Fotoqraflar əllərində üç rəngli bayraqlarla “İlham Əliyev zirvəsi”ndən mağaralar komplesinə gedən yolda yürüşlərini başa çatdırdılar. Bu gəzinti zamanı fotoqraflar öz fotoaparatları ilə əsrarəngsiz, füsunkar görünüşə malik olan mənzərələrin gözəl şəkillərini çəkdilər. Fotoqrafların çəkdikləri şəkillərdən 10 ədədi qoruğun mail ünvanına göndərdikdən sonra münsiflər heyəti tərəfindən seçilərək Heydər Əliyev mərkəzində təşkil olunacaq müsabiqədə sərgilənəcəkdir. Həmçinin Space Tv, Xəzər Tv, ARB 24 televiziyalarının əməkdaşları həmin ekskursiyada iştirak edərək qoruqda çəkiliş apardılar. Onlar apardıqları həmin çəkilişlər əsasında qoruq haqqında maraqlı verilişlər hazırlayaraq növbəti günlərdə efirə verəcəklər.