Ağstafa rayonu İcra hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev parkında həm 15 İyun “Qurtuluş günü” , həm də Nəriman Həsənzadənin 85 illiyinə həsr olunmuş tədbir təşkil olunmuşdur. Həmin tədbirdə buraya gələnlərin çoxluğunu nəzərə alaraq “Keşikçidağı tanıdaq” adlı pavilyon qurularaq qoruğu təmsil edən süvenirlər, köynəklər, papaqlar, diyircəkli qələmlər, flayerlər, disklər, rəsm əsərləri arxeoloji qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri sərgilənmişdir.

15 06.2017-ci il tarixində Ağstafa rayonu İcra hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev parkında həm 15 İyun “Qurtuluş günü” , həm də Nəriman Həsənzadənin 85 illiyinə həsr olunmuş tədbir təşkil olunmuşdur. Həmin tədbirdə buraya gələnlərin çoxluğunu nəzərə alaraq “Keşikçidağı tanıdaq” adlı pavilyon qurularaq qoruğu təmsil edən süvenirlər, köynəklər, papaqlar, diyircəkli qələmlər, flayerlər, disklər, rəsm əsərləri arxeoloji qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri sərgilənmişdir. Bundan başqa tədbirdə İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, millət vəkilləri Nizami Cəfərov və Ülviyyə Ağayeva, akademik Teymur Bünyadov, BDU Qazax filialının rektoru professor Vüsət Əfəndiyev və digərləri iştirak etmişdirlər. Tədbirdə yubilyara Nəriman Həsənzadəyə qoruğun kollektivi tərəfindən hədiyyə təqdim olunmuşdur.