“Keşikçidağı tanıyaq” adlı layihə ictimaiyyətin marağına səbəb olduğu üçün bu tədbirlərin davamı olaraq 5 may 2017-ci il tarixində “Keşikçidağı tanıdaq” adı altında( kiçik shopping) Ağstafa rayon musiqi mərkəzində keçirildi.

“Keşikçidağı tanıyaq” adlı layihə ictimaiyyətin marağına səbəb olduğu üçün bu tədbirlərin davamı olaraq 5 may 2017-ci il tarixində “Keşikçidağı tanıdaq” adı altında( kiçik shopping) Ağstafa rayon musiqi mərkəzində keçirildi. Həmin tarixdə Ağstafa rayon musiqi mərkəzində Regional fortopianino üzrə konkursda Gədəbəy, Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarının istedadlı gənc musiqiçiləri iştirak edirdi. Tədbirdə qoruq ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri sərgilənmiş, qoruq haqqında çəkilmiş “Qədim Yurdun Daş Kitabəsi” adlı sənədli film nümayiş olunmuş, filmin diskləri, bukletlər və flayerlər pulsuz paylanmış, qoruğun şəkilləri əks olunmuş köynəklər, papaqlar, suvenirlər, qala və məbədin əl ilə daşdan yonulmuş maketləri və diyircəkli qələmlər satışa çıxarılmışdır. Tədbir iştirakçılarına qoruq haqqında ətraflı məlumatlar verilmiş, proyektorla qoruq haqqında çəkilmiş “Qədim yurdun daş kitabəsi adlı film”, qoruğun fəaliyyətindən ibarət slayd şou qonaqların və gənc musiqiçilərin geniş marağına səbəb olmuşdur. Tədbir iştirakçılarına çay, kofe və müxtəlif şirniyyatlar pulsuz paylanılmışdır.

Spread the love