
Category: Новости


Qazax Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universitetinin Qazax filialı, Ərzincan Binəli Yıldırım Universiteti və Hoca Ahmet Yasevi Uluslararası Türk Universiteti-Qazax Universitetinin birgə təşkilatçılığı ilə keçirilmiş “Yaşıl Dünya-Bizim Dünya” mövzusunda təşkil olunmuş beynəlxalq elmi simpoziumun məqalələr toplusunda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev və qoruğun əməkdaşı Paşşanova Unnabın “Qərb bölgəsində multukulturalizmin yaşadıldığı abidələr”adlı məqaləsi çap olunmuşdur.

06.02.2025-ci il tarixində Ağstafa rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Gənclərinin XI Forumu çərçivəsində keçirilən Zona Forumunda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu öz pavilionu ilə iştirak etmişdir.
AMEA-nın 80 illiyinə həsr olunmuş tədbirdə Arxeologiya və Antropologiya İnstitutu ilə “Keşikçidağ” Avey, Çıraqqala-Şabran, Şəmkir Dövlət tarix-mədəniyyət qoruqlarının birgə sərgisindən görüntülər

25.01.2025-ci il tarixində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev, Rəyasət Heyətinin üzvləri, şöbə müdirləri, gənc alimlər və mütəxəssislərin, digər qonaqların iştirakı ilə AMEA-nın 80 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Azərbaycanın müstəqillik tarixində hüzn və şərəf səhifəsi olan 20 Yanvar faciəsindən 35 il ötür.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında “20 Yanvar – xalqımızın həm hüzn, həm də şərəf günüdür” adlı dəyirmi masa təşkil olunmuşdur.

“Keşikçidağ ölkə mətbuatında” adlı rubrikamızdan.

11 yanvar 2025-ci il tarixində Ağstafa rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Rayonu üzrə Təhsil sektoru və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə Ağstafa rayon ümumtəhsil müəssisələrinin gənclərin çağırışaqədərki hərbi hazırlığı və fiziki tərbiyə müəllimlərininin iştirakıyla Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və suverenlik ili” elan olunması ilə əlaqədar “Azərbaycanın suverenliyi və ərazi bütövlüyü” adlı intellektual yarış keçirilmişdir.
НАШИ ПАМЯТНИКИ

Qazax -Tovuz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “31Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş “Şən və hazırcavablar” intellektual oyunun rayon birinciliyində “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları da iştirak etmişlər
Keşikçidağ Kurqanlar Vadisində yerləşən Yovşanlıtəpə” kurqanlarında aparılmış elmi kəşfiyyat xarakterli arxeoloji qazıntı işlərindən
“Keşikçidağın tarixi və mədəni irsi” adlı rubrikamızdan…
"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun yaradılmasından 17 il ötür.
