2025-ci il 14 oktyabr tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” və “Avey” Dövlət tarix-mədəniyyət qoruqları ilə Qazaxıstan Respublikasının “Sarayşık” Dövlət Tarix-Mədəniyyət Muzey Qoruqları arasında elmi-tədqiqat və təcrübə mübadiləsini nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanmışdır.

2025-ci il 14 oktyabr tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” və “Avey” Dövlət tarix-mədəniyyət qoruqları ilə Qazaxıstan Respublikasının “Sarayşık” Dövlət Tarix-Mədəniyyət Muzey Qoruqları arasında elmi-tədqiqat və təcrübə mübadiləsini nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanmışdır. Bu mühüm sənədin imzalanması türk dünyasının ortaq mədəni irsinin qorunması, öyrənilməsi və təbliği istiqamətində atılmış əhəmiyyətli addımlardan biridir. Memorandumun əsas məqsədi tərəflər arasında elmi-tədqiqat fəaliyyətinin inkişaf etdirilməsi, arxeoloji qazıntıların və ekspedisiyaların birgə təşkili, maddi-mədəniyyət nümunələrinin tədqiqi, mühafizəsi və beynəlxalq elmi ictimaiyyətə təqdim olunması sahəsində qarşılıqlı əməkdaşlığı gücləndirməkdir.
Eyni zamanda sənəd gələcəkdə birgə layihələrin, sərgilərin və elmi konfransların keçirilməsini, mədəni mübadilə proqramlarının təşkili və təcrübə paylaşımını da nəzərdə tutur. Bu əməkdaşlıq sayəsində hər üç qoruq regionun qədim sivilizasiya ocaqları, mədəni əlaqələr və tarixi inteqrasiya proseslərinin araşdırılmasında yeni elmi nəticələr əldə etməyi, həmçinin ortaq türk irsinin beynəlxalq miqyasda daha geniş tanıdılmasını hədəfləyir. Bu memorandumun imzalanması “Keşikçidağ”, “Avey” və “Sarayşık” qoruqları arasında elmi əməkdaşlığın yeni mərhələsini açır və gələcəkdə birgə tədqiqatlar, arxeoloji layihələr və mədəni təşəbbüslərin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.

Spread the love