22 oktyabr 2025-ci il tarixində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı və Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Yunis Nəsiblinin iştirakı ilə “Keşikçidağ mağaralar kompleksinə tarixi baxış” adlı onlayn elmi seminar keçirilmişdir.
Seminarda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların əməkdaşları da iştirak etmişlər. Elmi müzakirələr zamanı “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən müxtəlif dövrlərə aid abidələr, onların arxeoloji və memarlıq xüsusiyyətləri, həmçinin burada aparılmış tədqiqat işlərinin elmi nəticələri barədə ətraflı məlumat təqdim edilmişdir. Bu kimi elmi tədbirlər ölkəmizin mədəni irsinin öyrənilməsi və təbliği, eləcə də qoruqlar arasında elmi əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
