27 Sentyabr – Anım Günü münasibətilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi və əməkdaşları Ağstafa rayonunda təşkil olunmuş ümumrayon tədbirində iştirak etmişlər. Tədbir Ağstafa rayon Şəhidlər Xiyabanında keçirilmiş, Vətən uğrunda canından keçmiş qəhrəman övladlarımızın xatirəsinə ehtiram əlaməti olaraq şəhidlərin məzarları önünə tər qərənfillər düzülmüş, onların müqəddəs ruhları qarşısında dərin ehtiramla baş əyilmişdir. Anım mərasimi çərçivəsində qoruğun direktoru Musa Mursaquliyev həmçinin Ağstafa rayon Təhsil Şöbəsinin önündə ucaldılmış Xatirə abidəsini ziyarət etmiş, Vətən uğrunda şəhid olmuş igidlərimizin əziz xatirəsini yad etmişdir. Bu silsilə tədbirlər xalqımızın milli yaddaşının qorunması, qəhrəman övladlarımızın müqəddəs mübarizə yolunun gənc nəslə nümunə göstərilməsi və şəhidlərin xatirəsinin daim uca tutulması baxımından mühüm əhəmiyyət daşıyır.





