27.03.2025-ci il tarixində Bakı şəhərindən olan bir qrup turist “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində ekskursiyada olmuşlar. Qonaqlar ilk öncə Ali Baş Komandan, cənab İlham Əliyevin burada olması şərəfinə ucaldılmış “İlham Əliyev adına zirvə” ilə tanış olmuş, önündə xatirə şəkli çəkdirmişlər.

27.03.2025-ci il tarixində Bakı şəhərindən olan bir qrup turist “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində ekskursiyada olmuşlar. Qonaqlar ilk öncə Ali Baş Komandan, cənab İlham Əliyevin burada olması şərəfinə ucaldılmış “İlham Əliyev adına zirvə” ilə tanış olmuş, önündə xatirə şəkli çəkdirmişlər. Daha sonra isə qoruq ərazisində mövcud olan təbii və süni mağaralar, mağaraların divar və tavanlarında əks olunmuş freskalar, su quyuları, ərzaq anbarları ilə tanışlıq olmuşdur. Qoruq əməkdaşları tərəfindən tur iştirakçılarına ətraflı məlumat verilmişdir.

Spread the love