14-17 mart 2025-ci il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyəta keçirilmiş “Qədim insan məskənlərinin müdafiəsi:təhdidlər və müasir yanaşmalar” adlı beynəlxalq elmi-praktik konfransda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu öz sərgisi ilə çıxış etmişdir. Sərgidə qoruq ərazində aparılmış elmi tədqiqat və arxeoloji qazıntı işləri nəticəsində əldə olunmuş son tunc-erkən dəmir dövrünə aid artefaktlar nümayiş olunmuşdur.














