Adı: Tunc qolbağ
Yerləşdiyi ərazi: Ceyrançöl, Keşikçidağ Kurqanlar Vadisi
Aşkarlandığı tarix: 25.08.2024-05.10.2024-cü il
Dövrü: Son tunc-erkən dəmir dövrü (Xocalı-Gədəbəy mədəniyyəti)
Saxlandığı yer: “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun fondu
Son Tunc və Erkən Dəmir dövrünə aid tunc qolbaq, Karvan dərəsi kurqanlarından aşkarlanmış arxeoloji tapıntılar arasında mühüm yer tutur. Bu dövrlərdə tuncdan hazırlanmış qolbaqlar əsasən bəzək əşyası kimi istifadə olunurdu və burada yaşayan insanların sosial statusunun göstəricisi hesab edilirdi. Həmçinin, bu tip qolbaqlar Azərbaycan, Qafqaz və Ön Asiya ərazisində geniş yayılmışdı; xüsusilə, Naxçıvan, Gəncə-Qazax və Kür-Araz mədəniyyətləri bölgəsində belə tapıntılara tez-tez rast gəlinir. Bu eksponat, qədim xalqların metallurgiya və sənətkarlıq ənənələrinin zəngin tarixini ortaya qoyur. Tuncun əridilməsi, aloyların hazırlanması və incə sənətkarlıq texnikaları vasitəsilə formalaşan bu əşya, dövrün texnoloji imkanlarının və estetik zövqünün canlı şahididir. Qolbağın üzərindəki bəzək motivləri və naxışlar, həmin dövrün dini inancları, mifologiyası və cəmiyyətin estetik meyarları haqqında dəyərli məlumatlar verir. Arxeoloji araşdırmalar göstərir ki, Karvan dərəsi ətrafındakı kurqanlar bölgəsi, qədim sakinlərin sosial strukturu, iqtisadi fəaliyyəti və ritualları barədə əhəmiyyətli ipucları təqdim edir. Bu tip tapıntılar, ticarət əlaqələri və mədəni mübadilə proseslərinin də izlərini daşıyır, müxtəlif mədəniyyətlərin ünsiyyəti və təsiri nəticəsində, belə əşyalar bir bölgədən digərinə sürətlə yayıla bilirdi.
Title: Bronze Bracelet
Location: Jeyranchol, Keshikchidagh Kurgans Valley
Date of Discovery: August 25, 2024 – October 5, 2024
Period: Late Bronze – Early Iron Age (Khojaly-Gedebey Culture)
Storage Location: Fund of the “Keshikchidagh” State Historical and Cultural Reserve
The bronze bracelet, dating back to the Late Bronze and Early Iron Ages, holds a significant place among the archaeological findings from the Karvan Valley kurgans. During this period, bronze bracelets were primarily used as adornments and served as indicators of social status within the communities inhabiting the region. Such bracelets were widely distributed across Azerbaijan, the Caucasus, and Western Asia, particularly in the regions associated with the Nakhchivan, Ganja-Gazakh, and Kura-Araxes cultures. This artifact sheds light on the rich history of metallurgy and craftsmanship among ancient civilizations. The processes of bronze smelting, alloy preparation, and intricate artistic techniques reflect the technological capabilities and aesthetic sensibilities of the era. The decorative motifs and engravings on the bracelet provide valuable insights into the religious beliefs, mythology, and artistic standards of the time. Archaeological studies indicate that the kurgans in the Karvan Valley region offer crucial information about the social structure, economic activities, and rituals of the ancient inhabitants. Such discoveries also reveal traces of trade networks and cultural exchange, demonstrating how artifacts like this bracelet spread rapidly between different regions due to interconnections among diverse civilizations.
Название: Бронзовый браслет
Место нахождения: Джейранчёль, Долина курганов Кешикчидаг
Дата обнаружения: 25.08.2024 – 05.10.2024
Период: Поздний бронзовый – ранний железный век (Культура Ходжалы-Гядябей)
Место хранения: Фонд Государственного историко-культурного заповедника «Кешикчидаг»
Бронзовый браслет, относящийся к периоду позднего бронзового – раннего железного века, занимает важное место среди археологических находок, обнаруженных в курганах ущелья Карван. В этот период бронзовые браслеты использовались преимущественно в качестве украшений и считались показателем социального статуса местного населения. Кроме того, подобные браслеты были широко распространены на территории Азербайджана, Кавказа и Передней Азии; особенно часто такие находки встречаются в регионах Нахчывана, Гянджа-Газаха, а также в зоне распространения культур Куро-Аракса.
Этот экспонат наглядно демонстрирует богатую историю металлургических и ремесленных традиций древних народов. Изготовленный с применением технологий плавки бронзы, сплавления металлов и тонкого художественного мастерства, данный артефакт является свидетельством технологических достижений и эстетического вкуса своего времени.
Орнаментальные мотивы и узоры на браслете предоставляют ценные сведения о религиозных верованиях, мифологии и эстетических критериях общества той эпохи. Археологические исследования показывают, что курганы в районе ущелья Карван содержат важную информацию о социальной структуре, хозяйственной деятельности и ритуалах древних жителей.
Подобные находки также указывают на торговые связи и процессы культурного обмена: под влиянием межкультурных контактов такие предметы могли быстро распространяться из одного региона в другой.

