Орнаментированный (со свастикой) кувшин

Adı : Naxışlı ( svastikalı) küp
Aşkarlandığı yer və tarixi: “Keşikçidağ” kurqanlar vadisi- Qarasoy kurqanı 09. 2023
Dövrü: Son tunc – erkən dəmir- Xocalı-Gədəbəy mədəniyyəti
Saxlandığı yer: “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun fondu
Qoruq ərazisində tapılmış naxışlı (Svastikalı) küp – bu ərazilərdə yaşayan qədim insanların dəfnetmə və dini inanclarına işarə edən, unikal arxeoloji tapıntılardan biridir. Bu artefaktlar bölgənin qədim sakinlərinin dini, kosmoloji və gündəlik həyatla bağlı inanc və ənənələrini öyrənmək baxımından mühüm fakt kimi qiymətləndirilir. Üzərindəki ən diqqətəlayiq naxışlardan biri svastika motividir. Qədim mədəniyyətlərdə svastika simvolu günəş, həyatın dövriyyəsi, bərəkət və kosmik tarazlıq kimi anlayışlarla əlaqələndirilirdir. Svastika naxışı, o dövrlərdə geniş yayılan və müsbət mənalarda qəbul edilən bir simvoldur. Svastikaların burdakı artefaktların üzərində yer alması, bölgədəki qədim xalqların zəngin dini dünyagörüşünü və baxışlarını əks etdirdiyini göstərir.

Name: Decorated (Swastika-Patterned) Jar
Place and Date of Discovery: “Keshikchidagh” Kurgan Valley – Garasoy Kurgan-1
September 2023.
Period: Late Bronze – Early Iron Age (Khojaly-Gadabay Culture)
Storage Location: Fund of the “Keshikchidagh” State Historical-Cultural Reserve
The decorated (swastika-patterned) jar discovered in the reserve area is a unique archaeological find that provides insight into the burial customs and religious beliefs of the ancient inhabitants of this region. Such artifacts are considered significant for understanding the spiritual, cosmological, and daily life traditions of the local population. One of the most notable decorative elements on this jar is the swastika motif. In ancient cultures, the swastika symbol was associated with concepts such as the sun, the cycle of life, fertility, and cosmic balance. During that period, the swastika was widely used and perceived as a positive emblem. The presence of this symbol on artifacts from this region highlights the rich religious worldview and philosophical perspectives of the ancient peoples who lived here.

Название: Орнаментированный (со свастикой) кувшин
Местоположение: Долина курганов Кешикчидаг – Курган Карасой
Дата обнаружения: 09.2023
Период: Поздняя бронза – раннее железо (Культура Ходжалы-Гядябей)
Место хранения: Фонд Государственного историко-культурного заповедника «Кешикчидаг»
Орнаментированный (со свастикой) кувшин, найденный на территории заповедника, является одним из уникальных археологических артефактов, указывающих на погребальные обряды и религиозные верования древних жителей региона. Этот артефакт представляет собой важный источник для изучения религиозных, космологических и бытовых традиций населения, жившего здесь в древности.
Одним из наиболее примечательных узоров на сосуде является свастический мотив. В древних культурах свастика символизировала солнце, цикличность жизни, плодородие и космическое равновесие. Этот орнамент широко использовался в то время и имел исключительно позитивное значение. Присутствие свастики на данном артефакте свидетельствует о сложных религиозных представлениях и богатом духовном мировоззрении древних народов, населявших этот регион.


Spread the love