Bəşər tarixinin ən qanlı cinayətlərindən biri olan Xocalı soyqırımından 33 il keçir. Bu gün münasibətilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında “26 Fevral Xocalı Soyqırımı günüdür” adlı dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada ölkəmizin azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilmişdir. Qeyd olunmuşdur ki, bu soyqırım bütün bəşəriyyətə qarşı tarixi cinayətdir.
Xocalıda qətlə yetirilmiş günahsız soyqırımı qurbanlarını böyük ehtiramla yad edir, Uca Allahdan rəhmət diləyirik.







