Qazax -Tovuz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “31Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş “Şən və hazırcavablar” intellektual oyunun rayon birinciliyində “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları da iştirak etmişlər. Ağstafa rayonunda fəaliyyət göstərən idarə və təşkilatların iştirakı ilə baş tutmuş yarışda “Keşikçidağ” komandası fərqlənərək yer tutmuşdur.