Bu gün “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun yaradılmasından 17 il ötür. Azərbaycanın qərb bölgəsində yerləşən Keşikçidağ mağaralar kompleksinin bir hissəsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 19 dekabr 2007-ci il tarixli, 2563 saylı sərəncamı ilə qoruq elan edilməsi mədəni irsimizə verilən dəyərin bariz nümunəsidir.
“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu yaradıldığı gündən burada yerləşən çoxdövrlü abidələrin tədqiqi və təbliği istiqamətində işlər görülür, ərazidə multidissiplinar elmi tədqiqat və arxeoloji qazıntı işləri aparılır, yerli və beynəlxalq səviyyəli tədbirlərdə iştirak edilir.
Hər daşı ilə keçmişimizi və gələcəyimizi birləşdirən tarixi məkan olan, əzəməti ilə hər kəsi heyran edən Keşikçidağ mağaralar kompleksinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsi istiqamətində bundan sonra da səylə çalışacağıq.