07.12.2024-cü il tarixində Bakı şəhərindən olan tur iştirakçıları “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun ərazisinə ekskursiya etmişlər. Tur çərçivəsində qonaqlar Keşikçidağ mağaralar kompleksinin ərazisində yerləşən mağaralar, onların divar və tavanlarında əks olunmuş freskalarla yaxından tanış olmuşlar. Tur iştirakçılarının sualları qoruq əməkdaşları tərəfindən cavablandırılmışdır.