10.11.2024-cü il tarixində Bakı şəhərindən olan tur iştirakçıları “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğununun ərazisinə ekskursiya etmişlər. Tur çərçivəsində qonaqlar qoruq ərazisində yerləşən mağaralar, onların divar və tavanlarında əks olunmuş freskalarla yaxından tanış olmuşlar. Həmçinin COP29 çərçivəsində ətraf mühitin qorunması və təmizliyi məqsədilə “Ətraf mühiti qoruyaq” adlı aksiya həyata keçirmişlər.