“Keşikçidağ”Dövlət tarix –mədəniyyət qoruğu tərəfindən 8 Noyabr “Zəfər günü” münasibətilə “Şanlı Zəfər tariximiz” adlı ağacəkmə aksiyası həyata keçirilmişdir. Aksiya “Avey”Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşlarının, “Ağstafa Gənclər Evi “ Sosial Xidmət Müəssəsinin əməkdaşlarının və könüllülərin iştirakı ilə baş tutmuşdur. Qoruğa məxsus informasiya mərkəzinin ətrafında salınmış “Badam bağında” keçirilmiş aksiyada 200 ədəd badam ağacı əkilmişdir.





