Ölkə ərazisində start verilən ağac əkmə aksiyası Ağstafa rayonu ərazisində də geniş miqyaslı şəkildə davam etdirilir. Aksiya Azərbaycanın “Yaşıl Dünya İli” çərçivəsində həyata keçirilən əhəmiyyətli bir addım kimi, təbiətin qorunması və davamlı inkişafının təmin edilməsi məqsədilə hayata keçirilir.

Ölkə ərazisində start verilən ağac əkmə aksiyası Ağstafa rayonu ərazisində də geniş miqyaslı şəkildə davam etdirilir. Aksiya Azərbaycanın “Yaşıl Dünya İli” çərçivəsində həyata keçirilən əhəmiyyətli bir addım kimi, təbiətin qorunması və davamlı inkişafının təmin edilməsi məqsədilə hayata keçirilir.Beləki, Ağstafa-Böyük Kəsik magistral yolunun 38 km yerləşən Muğanlı kənd ərazisində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı və onun əməkdaşları həmçinin Keşikçidağ Dövlət Tarix-Mədəniyyət qoruğunun əməkdaşları ilə birgə 400 ədəd ağac əkmə aksiyası həyata keçirilmişdir. Aksiyanın həyata keçirilməsin də əsas məqsəd bölgənin yaşıllıq potensialını artırmaq və ətraf mühiti qorunması olmuşdur. Tədbir, İcra hakimiyyətinin və Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi altında, Ağstafa rayonunun ekoloji gələcəyinə töhfə vermək üçün birgə səylərin nümunəsi oldu.

Spread the love