Azərbaycanın qərb bölgəsi tarixi və arxeoloji abidələrlə zəngin bir ərazidir.Göytəpə,Tavatəpə yaşayış məskəni, Keşikçidağ mağaralar kompleksi,Damcılı və Daşsalahlı mağaraları kimi əhəmiyyətli abidələrdə mütamadi olaraq yerli alimlərlə yanaşı Yaponiya, İtaliya,Türkiyə və Almaniya dövlətlərindən olan xarici mütəxəssislər elmi tədqiqat və arxeoloji qazıntı işləri aparırlar.

Bu tədqiqatların davamı olaraq Ağstafa rayon Dağ Kəsəmən kəndi ərazisində yerləşən Ağalıqtəpə yaşayış yerində 01-26 aprel 2025-ci il tarixlərində Arxeologiya və Antropologiya İnstitutu Azərbaycan tərəfindən İnstitutun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Şamil Nəcəfov (üzvlər: t.e.d. Zaur Həsənov, e.i. Ülviyyə Səfərova, e.i. Nərmin Məmmədli, k.e.i. Nərmin Bayramova, bərpaçı rəssam Seymur Fərmanlı), Almaniya tərəfindən isə Würzburg Julius Maximilians Universitetinin Qədim Yaxın Şərq Tədqiqatları kafedranın müdiri, professor-doktor Martin Gruber (üzvlər: Sena Baskın, Diana Kallrath, Lukas Karbach) iştirak etdiyi ekspedisiya “Keşikçidağ” və “Avey”Dövlət tarix-mədəniyyət qoruqlarının əməkdaşları ilə birgə aparılır.Arxeoloji qazıntıların aparılmasında və Ağalıqtəpə yaşayış yerinin qazıntı sahəsi kimi seçilməsində əsas məqsəd bölgədə Xocalı -Gədəbəy mədəniyyətinin yayılma arealını öyrənməkdir.

Spread the love