Bu əlamətdar gün münasibətilə Bakı şəhərindən gəlmiş bir qrup ziyarətçi “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində ekskursiyada olmuşdur.

18 Aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə ölkəmizin bütün bölgələrində olduğu kimi Qazax-Ağstafa rayonlarında da mədəni irsin qorunması və təbliği məqsədilə elmi-maarifləndirici turlar təşkil olunmuşdur. Bu əlamətdar gün münasibətilə Bakı şəhərindən gəlmiş bir qrup ziyarətçi “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində ekskursiyada olmuşdur.
Ekskursiya çərçivəsində qonaqlar Keşikçidağ Kurqanlar Vadisində yerləşən arxeoloji abidələrlə, qoruq ərazisində yerləşən “İlham Əliyev adına zirvə”, həmin istiqamətdə yerləşən mağaralar, mağaraların divar və tavan hissələrində qorunub saxlanılmış freskalar, eləcə də burada mövcud olan su quyuları və ərzaq anbarları ilə yaxından tanış olmuşlar.

Spread the love