Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun 18 aprel “Beynəlxalq Abidələr Tarixi Yerlər Gününə” həsr edilmiş online seminar.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda hər il 18 aprel “Beynəlxalq Abidələr Tarixi Yerlər Günü” ilə əlaqədar olaraq qoruq ərazisində tədbirlər təşkil olunur. Coronovirus (COVİD19) pandemiyasının qarşısının alınması məqsədi ilə karantin rejimi ilə əlaqədar 17 aprel 2020-ci il də 20:00- da ZOOM proqramı vasitəsi ilə qoruq rəhbərliyinin iştirakı ilə “Keşikçidağın arxeoloji inciləri” adlı video seminar keçirilmişdir. Video seminarda qoruq rəhbəri və əməkdaşları tərəfindən tariximizi təcəssüm etdirən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu haqqında müxtəlif mövzularda çıxış edərək, qəzalı vəziyyətdə olan abidələrin gündəmə qoyulması, yerli və beynəlxalq arenada təbliği istiqamətində fikir mübadiləsi aparılmışdır.