27 sentyabr Beynəlxalq Turizm günü.

27 sentyabr Beynəlxalq Turizm günü ilə əlaqədar olaraq “Keşikçidağ” Dövlət Tarix-mədəniyyət qoruğunun əməkdaşları Ağstafa rayonu ərazisində yerləşən Qərb oteli, Gülül otel, Mədinə oteli və Nəsiboğlu otellərində olmuş, otellərə gələn turistlərə təbliğat məqsədilə üzərində qoruğun görüntüləri əks olunmuş,üç dildə – Azərbaycan, Rus və İngilis dillərində bukletlər, flayerlər, Yaddaş studiyasının çəkdiyi “Qədim Yurdun Daş Kitabəsi” adlı qısa metrajli sənədli filmin diskləri paylanmışdır.