Qoruğun yaradılmasının 10 illiyi ilə əlaqədar olaraq “İlham Əliyev zirvə”si ətrafında yaşıllığı artırmaq məqsədilə ağacəkmə kompaniyasına başlanılmışdır.

19 dekabr 2017-ci il tarixində qoruğun yaradılmasının 10 illiyi ilə əlaqədar olaraq 850 metr hündürlükdə yerləşən, bölgənin strateji cəhətdən ən hündür yüksəkliyi olan “İlham Əliyev zirvə”si ətrafında yaşıllığı artırmaq məqsədilə ağacəkmə kompaniyasına başlanılmışdır. Bununla əlaqədar olaraq ərazidə qoruq əməkdaşları tərəfindən tinglərin basdırılması üçün 500-ə yaxın çuxurlar qazılmış, 200-ə yaxın şam tingləri basdırılmışdır. Bu ağacəkmə kompaniyasının yaz aylarına qədər davam etdirilməsi nəzərdə tutulmuşdur.