“18 aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə təşkil olunmuş açıq qapı günü çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva və müstəqil tədqiqatçı Faiq Nəsibov çıxış etmişlər.

“18 aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə təşkil olunmuş açıq qapı günü çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva və müstəqil tədqiqatçı Faiq Nəsibov çıxış etmişlər. Dəyirmi masa çərçivəsində mədəni irsin qorunması, tarixi abidələrin elmi əsaslarla tədqiqi və onların geniş ictimaiyyətə, xüsusilə gənc nəslə tanıdılması məsələləri müzakirə olunmuşdur. Çıxışlarda abidələrin yalnız tarixi-mədəni dəyər daşıyan obyektlər kimi deyil, həm də milli kimliyin formalaşmasında mühüm rol oynayan irs nümunələri kimi əhəmiyyəti vurğulanmışdır. Tədbirin əsas məqsədi bu əlamətdar gün münasibətilə tarixi abidələrin qorunması sahəsində maarifləndirmə işini gücləndirmək, elmi ictimaiyyətlə cəmiyyət arasında qarşılıqlı əlaqəni genişləndirmək və mədəni irsin davamlı şəkildə gələcək nəsillərə ötürülməsinə töhfə vermək olmuşdur.

Spread the love