20–22 oktyabr 2025-ci il tarixlərində Albaniya Respublikasının Elbasan şəhərində “Balkan, Anadolu, Qafqaz və Türkistan coğrafiyası: incəsənət, mədəniyyət, tarix və folklor” mövzusunda V Beynəlxalq Konfrans və sərgi keçirilmişdir. Konfransda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev “Keşikçidağ ərazisində yerləşən Yovşanlıdərə kurqanlarının arxeoloji təhlili” mövzusunda məruzə ilə çıxış etmişdir. Çıxış iştirakçılar tərəfindən maraqla qarşılanmış və konfransın sonunda qoruq rəhbərliyinə sertifikat təqdim olunmuşdur.
