4-5 iyun 2025-ci il tarixlərində Quba şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və “Quba Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə gənc alim və tədqiqatçıların iştirak etdiyi Gənc Etnoqrafların I Respublika Forumu təşkil edilmişdir.

4-5 iyun 2025-ci il tarixlərində Quba şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və “Quba Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə gənc alim və tədqiqatçıların iştirak etdiyi Gənc Etnoqrafların I Respublika Forumu təşkil edilmişdir. Azərbaycanın zəngin mədəni irsini tədqiq etmək, gənc alim və etnoqraflar arasında elmi əlaqələri möhkəmləndirmək məqsədilə həyata keçirilmiş Forumda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi və əməkdaşları da öz slaydlı məruzələri ilə (onlayn şəkildə) iştirak etmişlər.

Spread the love