Qarabağ Universitetinin tələbələri Ağstafa rayonu ərazisində yerləşən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-4″adlı layihəmizin bu dəfəki qonaqlarıdır.

Azərbaycan təhsilinin və elminin inkişafında müsbət nəticələrə səbəb olacaq Qarabağ Universitetinin tələbələri qazıntılarla yerindəcə tanış olmuş, onları maraqlandıran suallara cavab almışlar. O cümlədən, tələbələr bölgəmizin tarixi abidələrini, ərazidə aparılan arxeoloji qazıntılar və nəticədə əldə olunmuş maddi-mədəniyyət nümunələri haqqında tələbə yoldaşlarını məlumatlandıracaqlarını bildirmişlər. Biz də Qarabağ Universitetinin ilk tələbələrindən olan gənclərimizə gələcək təhsil həyatında uğurlar arzulayırıq.

Spread the love