Vacib məlumat: Şəkillərdə təqdim olunan müraciət formalarına uyğun olaraq, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən Kurqanlar vadisinə və İlham Əliyev zirvəsi ətrafında yerləşən mağaralara səfər etmək istəyən şəxslər həmin formaları yükləyərək tələb olunan bütün məlumatları tam və düzgün şəkildə doldurduqdan sonra müraciət sənədlərini elektron qaydada office@dsx.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Müraciətlərin əvvəlcədən və düzgün şəkildə təqdim olunması qoruq ərazisinə giriş prosedurlarının operativ həyata keçirilməsi baxımından vacibdir.
Məhz bundan sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 07.04.2026-cı il tarixli qərarına əsasən, qoruq ərazisinə giriş üçün iticket.az
-https://iticket.az/…/kesikchidagh-state-historical-and… saytından bilet alınması tövsiyyə olunur.
Xidmət növü:
Yerli ziyarətçilər 2 AZN
Xarici ziyarətçilər 6 AZN
Tələbələr 1 AZN
Ekskursiya xidməti (Azərbaycan dilində) 3 AZN
Ekskursiya xidməti (Əcnəbi dildə) 6 AZN
Avtoparkinq 1 AZN
Girişin Ödənişsiz Olduğu Şəxslər : Şəhid ailələri, qazilər və müharibə veteranları;
Hərbi qulluqçular və hərbi məktəblərin müdavimləri;
I və II qrup əlillər;
18 yaşınadək Azərbaycan vətəndaşları və 12 yaşı tamam olmamış xarici vətəndaşlar.
Ziyarətçilərin Nəzərinə!
Bələdçi xidməti: Qoruğa ekskursiya etməzdən öncə, səyahətin səmərəli təşkili üçün qoruğun Ağstafa şəhəri, Heydər Əliyev prospekti 10 ünvanındakı inzibati binasından bələdçi götürməyiniz tövsiyə olunur.
