Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində təlim keçmiş qoruq əməkdaşı Hüseynova Fazilə tərəfindən qoruq ərazisində aparılmış arxeoloji qazıntılar zamanı fraqmentləşmiş halda aşkar olunmuş keramika gil qabların konservasiya qaydalarına uyğun şəkildə bərpa edilməsi ilə bağlı master-klass keçirilmişdir.

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində təlim keçmiş qoruq əməkdaşı Hüseynova Fazilə tərəfindən qoruq ərazisində aparılmış arxeoloji qazıntılar zamanı fraqmentləşmiş halda aşkar olunmuş keramika gil qabların konservasiya qaydalarına uyğun şəkildə bərpa edilməsi ilə bağlı master-klass keçirilmişdir.Master-klassda Bakı Dövlət Universitetinin Qazax filialının “Tarix” ixtisasında təhsil alan tələbə və magistrantlar, Gənclərin Kariyera və İnkişaf Mərkəzinin Ağstafa nümayəndəliyinin könüllüləri, “Ağstafa Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin könüllülləri olmaqla 30 nəfər iştirak etmişdir. Master-klasda iştirak edən gənclər konservasiya prosesinin sənədləşmə qaydaları, dezinfeksiya, yuyulma, quru təmizləmə prosesləri, konservasiya üçün xammalın (materialın) və ləvazimatların seçilməsi qaydaları, analoji nümunələrə əsasən itirilmiş fraqmentlərin, detalların qəlibinin çıxarılması və hazırlanması qaydaları ilə tanış olmuşlar.

Spread the love