25.01.2025-ci il tarixində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev, Rəyasət Heyətinin üzvləri, şöbə müdirləri, gənc alimlər və mütəxəssislərin, digər qonaqların iştirakı ilə AMEA-nın 80 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

25.01.2025-ci il tarixində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev, Rəyasət Heyətinin üzvləri, şöbə müdirləri, gənc alimlər və mütəxəssislərin, digər qonaqların iştirakı ilə AMEA-nın 80 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Həmin tədbirdə ölkə üzrə aparılmış elmi tədqiqatlar və nəaliyyətlər içərisində səmərəli, xüsusi nəticələri olduğu üçün Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlar o cümlədən Ağstafa rayonunun ərazisində yerləşən Ağstafa rayonunun ərazisində yerləşən”Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğu da iştirak etmişdir. Sərgidə digər qoruqlarla yanaşı “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğu da, öz sərgilərini qurmuşlar. AMEA-nın prezidenti İsa Həbibbəyli və İnstitutların direktorlarının iştirakı ilə baş tutmuş tədbirdə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun qurduğu sərgi iştirakçıların xüsusi marağına səbəb olmuşdur.
Məhz bu səbəbdən də tədbirdə “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyevə də söz verilmişdir.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların bu tədbirdə iştirakını təmin etdiklərinə görə AMEA-nın rəhbərliyinə və təşkilatçılara öz təşəkkürünü bildirmişdir. Həmçinin qoruq rəhbərliyi AMEA-nın İnstitutları o cümlədən Arxeologiya və Antropologiya İnstitutu ilə Xidmətin tabeliyində fəaliyyət göstərən qoruqların birgə elmi əməkdaşlığının gücləndirilməsi, fəaliyyət proqramlarının hazırlanması, yay məktəblərinin təşkili, bu sahədə dəstəyin artırılması, elmi seminarların və konfransların keçirilməsi haqqında məlumat vermişdir. Tədbirin sonunda gələcəkdə bu cür sərgilərin davamlı keçirilməsi nəzərdə tutulmuşdur.

Spread the love