Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində təşkil olunan turun iştirakçıları Ağstafa rayonunda olmuşdurlar.

15-16- oktyabrın 2016-cı il  tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində təşkil olunan turun iştirakçıları Ağstafa rayonunda olmuşdurlar. İlk öncə şəhərdə yerləşən Azərbaycan parkı və Heydər Əliyev muzeyi ilə tanışlıq olmuşdur. Daha sonra Səməd Vurğun parkında yerləşən Yazıçılar evində Azərbaycan multikulturalizmi proqramı çərçivəsində “Keşikçidağ mağara-məbədlər kompleksi” adlı dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada AMEA-nın alimləri Mübariz Xəlilov, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmaş Hacıyev və tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadə alban abidələri haqqında apardıqları elmi araşdırmalar barədə maraqlı məruzələrlə çıxış ediblər. Tədbirdə “Keşikçidağ” dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev kompleks haqqında məlumat vermiş və tələbələrin suallarını cavablandırmışdır. Tədbir iştirakçılarına qoruq haqqında çəkilmiş “Qədim Yurdun daş kitabəsi” adlı qısa metrajlı sənədli film və buklet paylanmışdır.
Növbəti gün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları qoruq ərazisində yerləşən tarix-mədəniyyət abidələri ilə yerində tanış olmuş, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmaş Hacıyev və tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadə mağara-məbədlər kompleksində aparılan elmi araşdırmalar barədə məlumat vermişlər. Tədbirin sonunda qoruğun direktoru Musa Mursaquliyev Keşikçidağ mağara-məbədlər kompleksi haqqında jurnalistlərin suallarına ətraflı cavab vermişdir.

Spread the love