Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə 15 avqust-15 sentyabr 2022-ci il tarixlərində həyata keçirilən “Keşikçidağda elmi –arxeoloji qazıntılar və yay məktəbi 2” adlı layihə çərçivəsində, Keşikçidağ kurqanlar vadisində yerləşən Ceyrançuxur kurqanında aparılan arxeoloji qazıntı işlərinə yekun vurulmuşdur.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə 15 avqust-15 sentyabr 2022-ci il tarixlərində həyata keçirilən “Keşikçidağda elmi –arxeoloji qazıntılar və yay məktəbi 2” adlı layihə çərçivəsində, Keşikçidağ kurqanlar vadisində yerləşən Ceyrançuxur kurqanında aparılan arxeoloji qazıntı işlərinə yekun vurulmuşdur. Bu məqsədlə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında qoruğun baş elmi işçisi, Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Yunis Nəsibli və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun dosenti, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Səfər Aşurovun iştirakı ilə “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi 2” adlı layihənin yekunu və nəticələri ilə bağlı dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada çıxış edən Yunis Nəsibli Keşikçidağ mağaralar kompleksinin tarixindən, qoruq ərazisində apardığı elmi tədqiqatlardan, Səfər Aşurov isə başa çatan arxeoloji qazıntı işlərindən, aşkarlanmış maddi-mədəniyyət nümunələrindən, qazıntının əhəmiyyətindən bəhs etmişdir. Qeyd edək ki, “Keşikçidağda elmi –arxeoloji qazıntılar və yay məktəbi 2” adlı layihə çərçivəsində aparılan arxeoloji qazıntılar zamanı fraqmentləşmiş halda saxsı küp fraqmentləri, skiflərə məxsus tunc ox ucluğu, Aralıq dənizi hövzəsindən gətirildiyi ehtimal edilən balıqqulağı və fayans muncuqlar, üçbucaq şəkilli yonulmuş büt daşı və s. kimi artefaktlar aşkar edilmişdir. Gələcəkdə bu layihələrin davam etdirilməsi gözlənilir.

Spread the love