AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru professor Abbas Seyidov, professor Hidayət Cəfərov və tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda aparılan "Keşikçidağda arxeoloji qazıntılar və yay məktəbi"adlı layihə çərçivəsində aparılan arxeoloji qazıntı işləri ilə tanış olmaq məqsədilə qoruq ərazisində olmuşlar.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru professor Abbas Seyidov, professor Hidayət Cəfərov və tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda aparılan “Keşikçidağda arxeoloji qazıntılar və yay məktəbi”adlı layihə çərçivəsində aparılan arxeoloji qazıntı işləri ilə tanış olmaq məqsədilə qoruq ərazisində olmuşlar.
Ceyrançuxuru kurqanında aparılan qazıntı işlərinə rəhbərlik edən tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurov diametri 21 metr olan, ətrafı kromlexlə əhatələnmiş və son tunc-erkən dəmir dövrünə aid edilən qəbir abidəsi haqqında qonaqlara geniş məlumat vermişdir.

Spread the love