Bölgəmizin mədəni irsi...

Bölgəmizin mədəni irsi…
Əskipara çayının üzərindən atılaraq inşa edilmiş Qatır körpüsü Yuxarı Əskipara kəndi yaxınlığında yerləşir. Bu körpünün tikilməsi XII-XIII əsrlərə aid edilir. Körpünün uzunluğu 7,3 metr, mərkəzi hissəsinin eni 2,7 metr, ümumu hündürlüyü isə tağ yerindən su səthinə qədər 5,8 metr təşkil edir. Körpü bir tağlıdır və qaya daşlarından inşa olunmuşdur. Aşırımın ümumi görkəmi yarımçevrə şəkillidir. Onun keçid hissəsinin üst örtüyü torpaqdandır.

Spread the love