Qoruğumuzun faunasından...

Qoruğumuzun faunasından…
Boz dovşan və ya Adi dovşan dovşanlar fəsiləsindən olan məməli növüdür. Keşikçidağ mağaralar kompleksinin faunasında çox rast gəlinən boz dovşanın bədən uzunluğu 57 – 68 sm olub, çəkisi 4 – 6 kq-a, nadir hallarda 7 kq çatır. Xarici görünüşcə boz dovşan adətən daha uzun qulaqları və qonur rəngli uzun pazşəkilli quyruğu ilə seçilir. Gözləri qırmızımtıl – qəhvəyi rəngdədir. Arxa ətrafları daha uzundur, pəncələri isə qısa və dardır. Bunun səbəbi adi dovşanın qar örtüyünün çox olmadığı ərazilərdə yayılmasıdır. Yay tük örtüyü sarımtıl – boz, qonur, qəhvəyi, sarımtıl – qırmızı və ya zeytuni – qonur olur. Gözünün ətraflarında iri halqalar var. Qulaqların ucları bütün il boyu tünd qalır. Qış tük örtüyü yay örtüyündən açıqdır; baş qulaqların ucu və belin ön hissəsi qışda da tünd qalır.
 
 
 
 
 
 
 

Spread the love