Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiqlənmiş 2022-ci ilin iş planına əsasən qoruğun beynəlxalq arenada tanıdılması məqsədilə qoruq mütəmadi olaraq beynəlxalq konfranslarda iştirak edir. Buna müvafiq olaraq qoruğun direktoru Musa Mursaquliyev 6-7 iyul 2022-ci il tarixində Fransanın Paris şəhərində keçirilən "INTERNATİONAL PARİS CONFERENCE ON SOCİAL SCIENCES - VII" adlı konfransda "Qafqaz Albaniyasının irsi - Keşikçidağ" adlı məqalə ilə iştirak etmisdir.

Spread the love