“Gəncə-Qazax iqtisadi rayonunun tarixi irsinin qorunması və şəhərsalma inkişafı”

29-30 iyun tarixlərində Ağstafa rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun iştirakı ilə mövzusunda Plenumun təşkil edilmişdir. Tədbir ilk öncə qonaqların Ağstafa rayon Heydər Əliyev Mərkəzinin önündə yerləşən Ulu Öndər Heydər Əliyevin heykəli önünə gülqoyma mərasimi ilə başlamışdır. Qonaqlar müasir Azərbaycanımızın qurucusu Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən stend və “Müasir Azərbaycan memarlığı “adlı sərgi ilə tanış olmuşlar. Həmçinin qonaqlara qoruq ərazisində aparılmış, arxeoloji qazıntılar zamanı aşkarlanmış zəngin maddi –mədəniyyət nümunələri, onların bərpa prosesinin icrası və qoruğa məxsus çap məhsullarından ibarət sərgi nümayiş olunmuşdur. Ağstafa rayon məktəblilərinin hazırladıqları , ulu əcdadlarımızın ovçuluq və yığıcılıqda geniş istifadə etdiyi silahların maketlərinin sərgisi tədbirdə maraqla qarşılanmışdır.
Daha sonra Heydər Əliyev Mərkəzinin akt zalında tədbirin rəsmi hissəsinə başlanılmışdır. Plenumda Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri cənab Elbay Qasımzadə, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı cənab Seymur Orucov, Azərbaycan Memarlar İttifaqının katibi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru , professor Gülçöhrə Məmmədova, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi cənab Azad Cəfərli, Azərbaycan Memarlar İttifaqının Şəhərsalma üzrə komissiyasının sədri , Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Cənab İlqar İsbatov, AMEA-nın Memarlıq və İncəsənət Universitetinin şöbə müdiri Raihə Amanzadə və “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev öz məruzələri ilə çıxış etmişlər. Plenumun yekunundan sonra qonaqlar Qazax rayonun ərazisindəki qədim yaşayış düşərgəsi olan Damcılı mağarasının yerləşdiyi “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunu ziyarət etmişlər.  Plenumun ikinci günü qonaqlar “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun yerləşdiyi Keşikçidağ mağaralar kompleksinə səfər etmişlər. Qonaqlar qoruq ərazisində milli geyimli aşıqların ifasında qədim musiqi alətlərimizdən olan saz havalarının sədaları altında qarşılanmış, “İlham Əliyev adına zirvə” ətrafında qurulmuş sərgi ilə tanış olmuşlar.Keşikçidağ mağaralar kompleksinin əsrarəngiz təbiətinə xüsusi gözəllik qatan, min bir dərdin dərmanı hesab edilən kəkliotulu samavor çayına qonaq edilən iştirakçılar daha sonra ərazidə yerləşən mağaralar, onların divan və tavanlarında əks olunmuş , divar boyakarlığının bariz nümunəsi hesab edilən freskalara baxış keçirmişlər.
Qonaqlara qoruğun çap məhsulları, Keşikçidağ mağaralar kompleksi haqqında çəkilmiş “Qədim Yurdun Daş Kitabəsi” adlı qısametrajlı sənədli filmin diskləri və s. ibarət hədiyyə çantaları təqdim olunmuşdur. Tədbirin sonunda “İlham Əliyev adına zirvə”nin önündə xatirə şəkli çəkdirilmişdir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Spread the love