"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi də ərazidə aparılan qazıntı işləri ilə yaxından tanış olmaq məqsədilə "Çağrıtəpə" yaşayış düşərgəsində olmuşlar.

Ağstafa rayonunun Xətai kəndi ərazisində yerləşən Neolit dövrünə aid “Çağrıtəpə” yaşayış düşərgəsində AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitunun şöbə müdiri Nəcəf Müseyiblinin rəhbərliyi ilə 3 ildən bəri aparılan qazıntı işlərinin növbəti mərhələsinə başlanılıb. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi də ərazidə aparılan qazıntı işləri ilə yaxından tanış olmaq məqsədilə “Çağrıtəpə” yaşayış düşərgəsində olmuşlar. Qeyd edək ki, ərazidə aparılan qazıntılar bölgənin Neolit dövrünün araşdırılması üçün olduqca əhəmiyyətlidir.

Spread the love